“Yurdum, yuvam məskənimsən, Azərbaycanım” adlı tədbir keçirildi

“Yurdum, yuvam məskənimsən, Azərbaycanım” adlı tədbir keçirildi backend

Lənkəran şəhərində 2015-ci ilin iyul ayında start verilən "Yurdum, yuvam məskənimsən, Azərbaycanım" devizi altında silsilə tədbirlər çərçivəsində avqustun 15-də Bürcəli kəndində növbəti tədbir təşkil olunmuşdur.


Tədbirdə Azərbaycanda gedən inkişaf haqqında, xüsusi ilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində mədəni-maarif müəssisələrin rolu barəsində söhbət açılmışdır. Tədbirin bədii hissəsində bədii qiraət ustaları Səməd Vurğunun "Azərbaycan" şeirini ifa etdilər. Tədbirdə "Azərbaycan-ana Vətən, Yurdum oy!" və "Azərbaycan deyəndə" adlı ədəbi-bədii kompozisiya təqdim edildi. Konsertdə Mamusta folklor, Hirkan və Bürcəli yaradıcılıq evlərinin, Daşdalıqjar, Səpnəkəran, Alazəpin, Xanbulan kənd sənətkarlıq və Daşdatük, Biləsər kənd diyarşünaslıq klublarının bədii özfəaliyyət kollektivləri iştirak etdilər.
Konsertə 200 nəfərdən çox kənd sakini, kənd ziyalıları, ərazidə fəaliyyət göstərən dövlət müəssisələrinin nümayəndələri iştirak etdilər. Konsert yerli əhali tərəfindən maraqla qarşılandı.
Diaspora