Habil Əliyev üçün məşhur türk professor Bakıya gəlir

Habil Əliyev üçün məşhur türk professor Bakıya gəlir backend

Bu gün saat 18:00-da xalq artisti Habil Əliyevi müayinə etmək üçün məşhur türk professoru Bakıya gələcək.

Bu barədə Lent. Az-a açıqlamasında sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Onun sözlərinə görə, xalq artistinin durumu stabilləşib: “Dünən gecə saat 12-dən sonra irəliyə doğru yaxşılaşma var. Mən də yanına getmişdim, tanıdı, əlimdən tutdu. Həkimlərin dediyinə görə, vəziyyəti yaxşılaşmağa doğrudur. Öz həkimlərimiz nəzarətdə saxlayırlar. Türk həkimi gözləyirlər. Görək o nə deyəcək. Ürək-damar xəstəlikləri üzrə Türkiyənin məşhur professorudur. Təyyarədən düşüb birbaşa reanimasiyaya, Habilin yanına gələcək. Hələ ki, süni aparata qoşuludur. Yaxşı olsa, günortadan sonra aparatdan ayıracaqlar ”.

Xatırladaq ki, dünən xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.
Diaspora