Nisə Qasımova 61 yaşını qeyd edir

Nisə Qasımova 61 yaşını qeyd edir backend

Bu gün xalq artisti Nisə Qasımova doğum günüdür. Lent.az-ın məlumatına görə, tanınmış müğənni 61 yaşını qeyd edir.

İfaçı özəl günündə sürpriz alıb. Belə ki, gecə yarısı ona sürpriz edilib. N.Qasımova isə həmin anı əks etdirən videonu sosial şəbəkədəki səhifəsinə yükləyib: “Gözlənilməz ad günü sürprizi üçün o gözəl şəxsiyyətə dərin təşəkkürlər”. İfaçının bu sözlərindən sonra onu təbrik edənlərin ardı-arası kəsilməyib.
Qeyd edək ki, Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olunub. 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunub. 1972-1973-cü illərdə bir-birinin ardınca səsləndirdiyi “Ay ellər”, “Sənsən həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilib və müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edib. Bundan əlavə bir çox mahnıların mahir ifaçısı kimi tanınan N.Qasımova 2008-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülüb.
Diaspora