"Kanal D" telekanalında yayımlanan "Camdaki kız" serialına yeni aktyor daxil olacaq.
Axşam.az xəbər verir ki, ekran işində Turqay Tanülkü rol alacaq. O, layihədə keçmişdə etdiklərinə görə peşman olan mafiya başçısı "Derviş Aslankaya" obrazına həyat verəcək.
Qeyd edək ki, Turqay sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında Şahin obrazını canlandırıb.