Kventin Tarantinodan “İyrənc səkkizlik“

Kventin Tarantinodan “İyrənc səkkizlik“ backend

"Weinstein Company" kino şirkəti internetdə Kventin Tarantinonun yeni vesterninin ilk treylerini paylaşıb.

AZƏRTAC xəbər verir ki, "İyrənc səkkizlik" filmi ekranlara dekabrın 25 –də çıxacaq. Filmdə hadisələr ABŞ-da vətəndaş müharibəsinin bitməsindən bir neçə il sonra baş verir. Qar çovğunundan dağlarda xilas olmaq istəyən insan ovçuları, cinayətkarlar, cəllad, eləcə də general, Şimal və Cənubun əsgərləri bir evə düşürlər.

Kurt Rassel, Semuel L.Cekson, Tim Rot və Çenninq Tatumun çəkildiyi vesternin çəkilişləri Kolorado ştatına aparılıb.

Tarantinonun sözlərinə görə, filmin bu janrda əvvəlki işi olan "Azad olunmuş Canqo" filmi ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, filmin çəkilişlərdən əvvəl vesternin ssenarisinin ilk variantı internetə paylaşıldı. Tarantino film üzərində çalışmayacağını bildirsə də, daha sonra öz qərarını dəyişdi.
Diaspora