Mədəniyyət naziri Elbəy Əlini işdən çıxardı

Mədəniyyət naziri Elbəy Əlini işdən çıxardı backend

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi dəyişib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, idarənin rəisi Elbəy Əli işdən çıxarılıb.

Nazirin digər əmri ilə Nurəddin Mehdiyev Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, N.Mehdiyev Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür.

Nurəddin Mehdiyev

Diaspora