Berlindəki balaca soydaşlarımıza Azərbaycan dili tədris edilir - FOTO

Berlindəki balaca soydaşlarımıza Azərbaycan dili tədris edilir -  FOTO backend

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin nəzdindəki kurslara kiçik yaşlı soydaşlarımız cəlb olunublar.

Bu ilin yanvar ayından başlayan kurslarda balacalara Azərbaycan dili, ədəbiyyatı və tarixindən dərslər tədris ediləcək. Bununla yanaşı, tarixi Vətənlərini daha yaxından tanıtmaq məqsədilə kiçik soydaşlarımıza Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti barədə ətraflı məlumatlar təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan musiqisinə həsr edilən ilk dərs balacalarda böyük maraq doğurub.

Diaspora