Cek Çanın oğlu azadlığa buraxılıb

Cek Çanın oğlu azadlığa buraxılıb backend

Məşhur kinoaktyor Cek Çanın oğlu altı aylıq həbsdən sonra bu gün azadlığa buraxılıb. Qazilər.az saytı Çin mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı Ceysi Çan narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunmuşdu.

Bundan başqa o, təxminən 320 dollar həcmində cərimə də olunmuşdu. Aktyorun oğlu ilə birlikdə onun dostu, tayvanlı aktyor Kay Ko da həbs olunmuşdu. Onların marixuana qəbul etdikləri sübut olunub. Kiçik Çanın evində 100 qram narkotika da aşkar edilərək götürülmüşdü. Yerli qanunlara görə dostları üç ilə qədər həbs gözləyirdi.
Diaspora