Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunub.
Suğra Bağırzadə Teleqraf.com-a təəssüratlarını bölüşüb:
"Bu, çox böyük mükafatdır. Leonardo Da Vinci İtaliya üçün günəş kimi rəssamdır. Bu, mənə BMT-nin İctimai Mükafatlar Şurası tərəfindən verilib. Çox şadam. Mükafatı sənətimə olan hörmət və dəyərə görə təqdim ediblər. Çünki bu medalı türk dünyasında yegana adamam ki, mənə təqdim ediblər. Mükafata görə İtaliya, İsveçrə və Türkiyədən dəvət etdilər, amma pandemiyaya görə gedə bilmədim. Onlar da mükafatı Azərbaycanda təqdim etdilər. Bu, mənim 75 illik yubileyim ilə bağlıdır".