Türkiyənin “Müsafir“ filmi beynəlxalq film festivalında

Türkiyənin “Müsafir“ filmi beynəlxalq film festivalında backend

Türkiyəli rejissor Məhməd Əryılmazın müəllifi olduğu yeni çəkilmiş "Müsafir" filminin 36-cı Monreal Dünya Film Festivalında premyerası olacaq.



AZƏRTAC "Əlcəzirə türk" telekanalının saytına istinadla xəbər verir ki, festivala təqdim olunan 9 film arasından seçilən "Müsafir" filmi dünya kino yarışması bölümündə yarışacaq.

Qeyd edək ki, çoxmetrajlı "Müsafir" filmi ailə-məişət mövzusunda çəkilib. Dünyanın kino rejissorlarının və kino mütəxəssislərinin səbirsizliklə gözlədiyi bu festival ən böyük festivallardan hesab edilir.

Avqustun 27-dən sentyabrın 7-dək davam edəcək festivalda Türkiyə filmləri ilə yanaşı, bir sıra ölkələrin də ekran əsərlərinin premyerası gözlənilir.
Diaspora