“Metacritic” kinotənqidləri aqreqatoru ilin ən yaxşı filmlərini açıqlayıb.
50 ekran əsərindən ibarət siyahıda ilk yeri “Hara gedirsən, Aida?” filmi tutub.
Kinolent tənqidçilərdən 97 xal alıb.
Bosniyalı rejissor Yasmila Jbaniç tərəfindən lentə alınan ekran əsəri Srebrenitsa hadisələrinə həsr olunub. Film Bosniya, Avstriya, Hollandiya, Fransa, Polşa, Norveç, Almaniya və Türkiyənin birgə istehsalıdır.
Filmdə Aida obrazını serbiyalı aktrisa Yasna Curiçiç canlandırır.(oxu.az)
Mənbə: gazeta.ru