Sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alan Yunus Emre Yıldırımerin yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Okul yolunda" serialında rol alacaq. Yunusun tərəf müqabilini isə Hande Kaptan canlandıracaq.
Qeyd edək ki, ekran işi "Atv" telekanalında yayımlanacaq.
Xatırladaq ki, Yunus Emre Yıldırımer "Eşkiya dünyaya hükümdar olmaz" serialında "Alparslan" obrazını canlandırırdı.