Azərbaycanın məşhur idmançısı Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında fəaliyyətini davam etdirəcək.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib:
“Mən serialda fəaliyyətimi hələ başa vurmamışam. Serialın rejissoru ilə belə qərara gəldik ki, Bakıya qayıdım. Burada özümün döyüş məktəbimlə və yaradacağım promouter şirkəti ilə bağlı görəcəyim işlər vardı. Yalnız son 2 seriyada olmamışam.
Nə vaxt serialda yenidən rol alacağım 3-5 yanvar aralığında bilinəcək. Hər şey Bakıdakı işlərimdən asılıdır”.
Qeyd edək ki, Zabit Səmədov 2019-cu ilin noyabrın 20-dən yayımlanan “Kuruluş Osman”ın 35-ci bölümündən etibarən rol almağa başlayıb. O, filmdə Burak Özçivitin oynadığı baş rol “Osman Bəy”in döyüş yoldaşı “Gəncə Bəy”i oynayır.