Mədəniyyət xadimlərinə dəstək üçün fond yaradıla bilər

Mədəniyyət xadimlərinə dəstək üçün fond yaradıla bilər backend

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov mədəniyyət və incəsənət xadimlərinə dəstək üçün fond yaradılmasını təklif edib.

Qaziler.az xəbər verir ki, nazir bu təkliflə “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxış edib.

Nazir bildirib ki, mədəniyyət və incəsənət xadimlərinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı alətlər və mexanizmlər mövcud deyil. Onun sözlərinə görə, bunun üçün maliyyə ayrılmır.

"İmkanlar məhdud olsa da, müəyyən mexanizmlər yaradılmalıdır. Növbəti illərdə bir mexanizm fikirləşək, bəlkə fond yaradılsın. Fond vasitəsi ilə Azərbaycan mədəniyyətinə töhfə vermiş insanlara dəstək olarıq. Bu, bizim üçün önəmli layihədir. Bu mexanizmi maksiumum şəffaf, etimadlı şəkildə etməliyik ki, tezliklə nail olaq", - A.Kərimov əlavə edib.

Diaspora