Bakıda Aşıq Ələsgərin heykəli ucaldılacaq.
Qaziler.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qeyd olunan Aşıq Ələsgərin 200 illik yubileyi zamanı deyib.
O qeyd edib ki, bununla bağlı müsabiqə elan ediləcək:
"Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı şəhərində onun heykəli qoyulacaq. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpagından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir".