“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb - VİDEO

“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb - VİDEO backend

Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb.

Report.az xəbər verir ki, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edir.

Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verə bilərsiniz.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

loading...
Diaspora