Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə təmsil olunur.
Bu məqsədlə 2015-ci ilin sentyabr ayında Nazirliyin Yaponiya və Fransada keçiriləcək beynəlxalq turizm sərgilərində iştirakı nəzərdə tutulmuşdur.2015-ci ilin 24-27 sentyabr tarixində Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" və 29 sentyabr - 02 oktyabr tarixində Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgilərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcəkdir. Həmçinin sərgilərdə yerli turizm şirkətləri və mehmanxanaların iştirakı da nəzərdə tutulmuşdur.
Adıçəkilən sərgilərdə respublikamızın turizm imkanlarını əks etdirən xüsusi lövhənin quraşdırılması və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün müxtəlif növ reklam-çap məhsulları göndərilməsi planlaşdırılır.