Rac Kapurun Bakı səfərindən nadir kadrlar - VİDEO

Rac Kapurun Bakı səfərindən nadir kadrlar - VİDEO backend

Azərbaycan Televiziyasının arxivindən tanınmış hindistanlı aktyor Rac Kapurun Bakıya ilk səfəri ilə bağlı unikal kadrlar yayılıb.

Axşam.az xəbər verir ki, "AzTV tarix" "Youtube" kanalında yayımlanan kadrlar 1956-cı ilə aiddir. Sözügedən il Bakıda Hindistan Kinofilmləri Festivalı keçirilib.

Hindistanın kino xadimləri festivalda iştirak etmək üçün Bakıya dəvət olunublar. Nümayəndə heyətinin tərkibində Rac Kapurla yanaşı, rəsmi şəxslər, rejissor və operatorlar, həmçinin tanınmış aktrisa Nərgiz Datt olub.

Arxiv kadrlarda noyabrın 3-də Rac Kapur və sənət dostlarının olduğu təyyarənin Bakıda hava limanına endiyi, kino xadimlərini böyük bir izdihamın qarşıladığı əks olunur. İzdihamın arasında Azərbaycanın Xalq artisti, Rac Kapurun yaxın dostu Rəşid Behbudov da olub. Hind kino xadimləri Bakıda futbola baxmaq üçün stadiona gedib.

Qeyd edək ki, Rac Kapur 1924-cü il dekabrın 14-ü anadan olub. Bu gün onun anadan olmasından 97 il ötür.

loading...
Diaspora