"Yargı"nın aktyoru Azərbaycan mahnısı oxudu - VİDEO

"Yargı"nın aktyoru Azərbaycan mahnısı oxudu -  VİDEO backend

Reytinqlərdə ilk sırada yer alan "Yargı" serialında polis Eren obrazını oynayan aktyor Uğur Aslan “Şarkılar bizi söyler” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi verilişdə Azərbaycan musiqisinin incilərindən olan "Ay qız" mahnısını səsləndirib. O, həmin ifa ilə yanaşı mərhum şair Nüsrət Kəsəmənlinin "Bəhanəsiz get" şeirini musiqi sədaları altında ifa edib.

Uğurun bu ifaları qısa müddət ərzində sosial media istifadəçiləri tərəfindən sürətlə yayılıb. 

Qeyd edək ki, "Ay qız" mahnısının musiqisi Cahangir Cahangirova, sözləri isə Zeynal Cabbarzadəyə məxsusdur.

Diaspora