Polad Bülbüloğlu: "Atamın ev muzeyi bərpa olunurkən fəhlələrə kömək edirdim"

Polad Bülbüloğlu:  "Atamın ev muzeyi bərpa olunurkən fəhlələrə kömək edirdim" backend

"Çox xoşbəxtəm ki, mən bu günləri gördüm və özüm də iştirakçısı oldum. Atamın ev muzeyi bərpa edilərkən çox böyük həvəslə, səhərdən axşamadək fəhlələrin yanında oldum. Orada hər qurulan lap xırda daşı, məsələni də çox böyük həvəslə özüm həll edirdim, izləyirdim, kömək edirdim. Bu, mənim üçün çox xoş idi”.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.

O, Vətən müharibəsindən sonra Qarabağdakı quruculuq işlərinin böyük sürətlə getdiyini qeyd edib: “Moskvada da mənə sual verirlər ki, necə ola bilər ki, o boyda beynəlxalq hava limanı cəmi 8 aya tikilib? Doğrudan da, bu böyük möcüzədir. Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm. Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yolu salınıb.

Biri var bunu televizayadan izləyəsən, biri də var ki, özün gözlərinlə görəsən, ayağınla gəzəsən. Çox böyük zövq alırsan ki, sənin dövlətin, sənin Prezidentin böyük işlər görür və bu işlər uğurla həyata keçirilir”.

Diaspora