Osloda Zəfər Günü münasibətilə təntənəli konsert təşkil edilib - FOTO

Osloda Zəfər Günü münasibətilə təntənəli konsert təşkil edilib - FOTO backend

Oslo şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə "Azərbaycan: 30 il müstəqillik və 44 günlük əbədiyyət" adlı təntənəli konsert keçirilib. 

Qazilər.az xəbər verir ki, diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (SAKŞ) Norveç üzrə əlaqələndiricisi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə baş tutan tədbirdə Oslo bələdiyyəsinin üzvləri, yerli qeyri-hökumət təşkilatlarının, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarıdan keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin rəsmi hissəsində SAKŞ-ın Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Fariz Rzayev və Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman çıxış ediblər. Natiqlər möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan azad etməsini tarixi zəfər adlandırıblar.

Bayram konserti ilə davam edən bədii hissədə Azərbaycan və Norveç musiqiçilərinin ifasında klassik əsərlər təqdim olunub. Beynəlxalq müsabiqələr laureatı, vokalçı Orxan Cəlilov, Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə (tar), Tural Rafael (piano), Aida Aida Ramazanovaç, Jomar Jeppson Sövik və Hakon Huldt-Niströmün ifaları alqışlarla qarşılanıb. 

Nizami Gəncəvi adına Oslo həftəsonu Azərbaycan dili məktəbinin şagirdlərinin və norveçli tərcüməçi Toril Skotlandın ifasında Azərbaycanı vəsf edən şeirlər səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın törətdiyi vəhşilikləri ifşa edən fotosərgi nümayiş etdirilib.

Diaspora