Azərbaycanlı bəstəkarın əsəri Venesiyada səsləndiriləcək

Azərbaycanlı bəstəkarın əsəri Venesiyada səsləndiriləcək backend

Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “Last Postlude — post…” əsəri oktyabrın 10-da Venesiyada “Biennale musica 2015”də səsləndiriləcək.


AZƏRTAC bəstəkarın saytına istinadla xəbər verir ki, əsəri “Yeni musiqi studiyası” ansamblının solistləri təqdim edəcəklər.

Qeyd edək ki, Venesiya biennalesinin saytında da bu barədə məlumat yer alıb.

Fərəc Qarayevin bu əsəri fortepiano, vibrafon, kontrabas və simli kvartet üçün yazılıb.
Diaspora