"Eşkiya Dünyaya Hükümdar Olmaz" (EDHO) serialı final etmədən yayımdan qaldırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə ekran işinin baş rol aktyoru Oktay Kaynarca İnstaqram hesabında məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl serialın "Atv" telekanalında 7-ci mövsüm tanıtımı yayımlanırdı. Oktybarın 26-na nümayişi planlaşdırılan ekran işinin anidən nümayişi dayandırılmışdı. "Eşkiya dünyaya hükümdar olmaz"ın başqa bir kanala transfer olacağı deyilirdi. (Qaynarinfo)