Ankarada yaşayan tanınmış azərbaycanlı heykəltəraş Səid Rüstəmin əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Bu barədə Qazilər.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Heykəltəraşa məxsus “Sait Rüstəm Sənət Evi”ndə baş tutan mərasimdə ölkəmizin Türkiyədəki səfirliyinin, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sərgidə zəngin material və üslub imkanlarından istifadə edilərək müxtəlif ölçülərdə yaradılan heykəllər və rəsm əsərləri nümayiş olunub. Müəllifin müxtəlif janr və üslublarda ərsəyə gətirdiyi sənət nümunələri ziyarətçilərdə böyük maraq doğurub.
Qeyd edək ki, Səid Rüstəmin yaratdığı heykəllər Türkiyənin bir çox bölgələrində ucaldılıb. Onun əsərləri Rusiya, ABŞ və Gürcüstanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub.