Şəhərin portreti sərgisi açılacaq

Şəhərin portreti sərgisi açılacaq backend

YARAT Müasir İncəsənət Təşkilatı FARE-nin (Milan, İtaliya) əməkdaşlığı ilə birgə həyata keçirdikləri Art-rezident layihəsi çərçivəsində YARAT-ın Art-rezident qonağı olan italiyalı rəssam Paola Anzikenin Bakıda yaratdığı əsərin təqdimatı barədə məlumat verir.

Trend-in məlumatına görə, təqdimat “Kiçik QalArt” Qalereyasında fevralın 12-də keçiriləcək və fevralın 19-na qədər nümayiş etdiriləcək. Açılış mərasimində (saat 19:30-da) rəssamın qeyri-formal çıxışı da nəzərdə tutulub. Bu çıxışında o, sərgidə nümayiş etdirilən əsərindən söz açacaq, yaradıcılıq yolunun bəzi səhifələri barədə və gələcək planlarından danışacaq. Həmçinin rəssam Bakıda art-rezident olmağı barədə şəxsi təəssüratını paylaşacaq.

Rəssam, boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışır.

Qalereyanın genişliyindən istifadə edərək, Paola ənənəvi yerli parçalar, eləcə də şəhərin memarlıq xüsusiyyətləri kimi bir neçə elementləri özündə birləşdirən qeyri-adi Bakı portreti yaratmaq niyyətindədir. Sərginin adı onun Bakıda olarkən istifadə etdiyi yanaşma tərzini əks etdirir: O, Azərbaycanın mədəni irsi ilə sıx bağlı olan yun daxil olmaqla, buradakı yerli lifləri araşdırmışdır. Bakıda olduğu onun ideyaları zənginləşib təkamül etdikcə bu, xəyali heykəllər əvvəlcə onun təxəyyülündə, daha sonra isə real həyatda formalaşmağa başladı. “Bakı Lifləri” Paolanın şəxsi, mədəni təcrübəsinə xitab edən və bu şəhərdə tanış olduğu insanları əks etdirən kəşfiyyat portretidir.

Rəssam haqqında: Paola Anzike 1975-ci ildə Milanda anadan olub. Frankfurtda "Städelschule" Dövlət Təsviri Sənət Akademiyasını (Staatliche Hochschule Für Bildende Künste) və Milanda Brera İncəsənət Akademiyasını bitirib. Əsas fərdi sərgiləri: “CARD”, Cascina Masarola, Pianello Val Tidone (2014); “Vitrine 270° - Paola Anziché”, Gam, Turin, “Pier Luigi və Natalina Remotti” Fondu (2012); “Böyük Turin: Paola Anzichè - Paolo Piscitelli”, “Sandretto Re Rebaudengo” Fondu, Turin (2010); “Tapis-à-porter”, Careof, Milan (2009).

Ünvan: İçəri Şəhər, Kiçik Qala küçəsi 58, “Kiçik QalArt” Qalereyası
Açılış mərasiminin vaxtı: 12 fevral 2015-ci il, saat 19:00
saat 19:30 – rəssamla söhbət.

Giriş sərbəstdir.
Diaspora