Küveyt dövlətinin ölkəmizdəki səfiri ATMU-nun qonağı olub

Küveyt dövlətinin ölkəmizdəki səfiri ATMU-nun qonağı olub backend

5 avqust 2015-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov Küveyt dövlətinin ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri, cənab Səud Əbdüləziz əl-Rumini rəhbərlik etdiyi ali təhsil ocağında qəbul edib


Rektor Cəfər Cəfərov diplomat-qonaqla görüşü zamanı universitetin fəaliyyətində başlıca amil sayılan keyfiyyətli kadr hazırlığı məqsədinə böyük önəm verildiyini deyib. O cümlədən, ikili diplom proqramı və təhsil-tədris-təcrübə-tədqiqat modelinin faydasını detallı şərh edib. Xarici ölkələrin nüfuzlu universitetləri və müvafiq təşkilatları ilə əlaqələrin daha da genişlənməsinə hər zaman hazır olduğunu diqqətə çatdırıb. Rektor C.Cəfərovun səfir Səud Əbdüləziz əl-Rumi ilə görüşü zamanı müvafiq qurumlarla ikitərəfli əməkdaşlığın perspektivləri konteksində ATMU-da təhsil alan tələbələr üçün Küveyt dövlətinin otellərində təcrübə semestrinin təşkili məsələsindən də danışılıb. Görüşün sonunda Küveyt dövlətinin ölkəmizdəki böyük elçisi şəxsən ATMU rektoru tərəfindən səmimi qarşılandığı üçün razılığını bildirib və universitetə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Diaspora