Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım - FOTO

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım -  FOTO backend

Dünyaca məşhur müğənni Sami Yusif Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşım edib.

O bildirib ki, S.Yusif oktyabrın 22-si və 23-də Dubayda “Expo 2020”də verəcəyi konsertində xanəndənin də onunla birlikdə səhnəyə çıxacağını bildirib.

İfaçı qeyd edib ki, T.Bayramov solist kimi gecədə onu müşaiyət edəcək. O, həmçinin konsertdə muğam da səsləndirəcək.

“Muğam Azərbaycanın zəngin və mürəkkəb musiqi ənənəsidir. Təyyar Bayramov Azərbaycan Milli Konservatoriyasında tələbə ikən bu üslubda oxumağa başlayıb. Möhtəşəm istedadı və bacarığı ona Beynəlxalq Muğam Müsabiqəsində Qran Pri və Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar artist” adı da daxil olmaqla bir çox mükafatlar qazandırıb. Bu gün uğurlu musiqi karyerası ilə yanaşı, Təyyar Bayramov həm də  konservatoriyanın professorudur”, - deyə Sami Yusif Təyyarla bağlı məlumatda yazıb. (oxu.az)

.
Diaspora