Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadınin ölümü ilə bağlı nekroloq yayıb.
Qazilər.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə itki üz verib!
Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.
Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.
İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olub.
1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı", "Bəyaz gecələr”, "Gül ki, ürəyim gülsün", "Bizim Metropoliten" kimi mahnıların ifaçısı olub.
Allah rəhmət elsin!"