Səyyad Əlizadənin son durumu AÇIQLANDI

Səyyad Əlizadənin son durumu  AÇIQLANDI backend

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müğənni ECMO cihazına qoşulu şəkildə saxlanılır: 

“Həkimlərin ciddi nəzarəti altında saxlanılır. Səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır”.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

Diaspora