C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.
“Report” xəbər verir ki, oktyabrın 8-də ekran əsərinin Türkiyədə premyerası olacaq.
Qeyd edək ki, filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur.
Sənədli filmin Azərbaycanda nümayişinin vaxtı isə hələlik dəqiqləşməyib.