"Deyirdi ki, həyat bir kinodur, ən maraqlı yerində bitir..."

"Deyirdi ki, həyat bir kinodur, ən maraqlı yerində bitir..." backend

“Yaşar Nuri yubileylərini daha çox təmtəraqlı qeyd edərdi. Bizim teatrda bir adət ən-ənə var idi ki, kimin ad günü olurdusa həmin şəxs içəri daxil olan kimi kollektiv onu gül-çiçəklə təbrik edirdi. Ən çox yadımda qalan Yaşarın 50-60 illik yubileyləridir. Yaşarı mən hər zaman böyük sevgi və hörmətlə yad edirəm, edəcəyəm də”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

“Bu gün Yaşarın 70 illik yubileyidir. Kaş Yaşar sağ olardı, biz 70 illiyini onunla birlikdə qeyd edərdik. Mən onun ailəsinə can sağlığı arzulayıram, Yaşarın torpağı sanı onlara ömür arzu edirəm. Yaşar həmişə yaşardır! Çox xoşbəxtəm ki, Yaşar kimi dostum, həmkarım olub. Azərbaycan tamaşaçıları məni ilk dəfə “Səni axtarıram” tamaşasında Yaşarla birgə görüb. Mən Gülnar, Yaşar isə Elçin obrazını oynayırdı. Yaşar deyirdi ki, “Həyat bir kinodur, ən maraqlı yerində bitir”. Yerin çox görünür, Yaşar! Sənin də həyatın ən maraqlı yerində bitdi. Ruhun şad olsun” deyə sənətkar bildirib.

Diaspora