Müalicədən qayıdan Arif Babayevin yeni fotosu

Müalicədən qayıdan Arif Babayevin yeni  fotosu backend

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev Türkiyədən qayıdıb.

Axşam.az-ın məlumatına görə, səhhətində problem yaranan xanəndə müalicə üçün qardaş ölkəyə yollanıb. Hazırda özünü yaxşı hiss edən A.Babayev Qaxda dincəlir. Bu haqda aparıcı Lalə Azərtaş bildirib.

Muğam ifaçısının yeni görüntüsünü yayımlayan aparıcı "Qaxda onun qonağı olacağıma söz vermişdim. Gəldim və xalqın sevimli oğlu - Arif Babayevə baş çəkdim. Səhhəti lap yaxşıdır, hamınıza da salamı var" sözlərini yazıb.

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib.

Diaspora