İnsanların hərəkətlərinə, münasibətlərinə inanmıram. Hər insanda buqələmunluq, şəraitə uyğun siması var. Mən dəlicəsinə valideynəm. Hərdən deyirəm ki, Allah eləməsin mənim övladlarıma bir söz deyilsin. Parça-parça edərəm, qollarımda gücüm çatmasa, dişimlə didərəm. Amma sabah övladım, kimdənsə qorxub məndən üz döndərərsə, ondan incimərəm. Çünki şərait yaratdı ki, mən övladımı tanıyım.
Qazilər.az Kult.az-a istinadla xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “Özəl” verilişində deyib. Sənətçi şəxsi həyatından da danışıb:
“Qurban olum Allaha, məni yandırmadı. Allah məni şəxsi həyatımda, şəxsi qismətlərimdə cəzalandırır. Həmişə deyirəm ki, bir əli ilə verir, bir əli ilə alır. Ancaq qürurumu dik tutdu. Yaradanım taleyimlə oynadı. Özü yazdı, istədi pozdu, təzədən yazdı”.