Gürcüstan prezidentinin “Şərəf” ordeninə layiq gördüyü azərbaycanlı şairə - VİDEO

Gürcüstan prezidentinin “Şərəf” ordeninə layiq gördüyü azərbaycanlı şairə -  VİDEO backend

Gürcüstanda azərbaycanlılarının kompakt yaşadıqları Kvemo-Kartli (Borçalı) bölgəsi tarix boyu öz ustad aşıqları, yazarları, şairləri və digər sənət adamları ilə məşhur olub.

Borçalı aşıq məktəbinin yetirmələri bu gün də həm Gürcüstanda, həm də Gürcüstanın hüdudlarından kənarda özlərinəməxsus ifaları, eləcə də dillər əzbəri olan şeirləri ilə sevilirlər.

Bu günlərdə 70 illik yubileyi qeyd edilən şairə Səadət Buta 16 şeirlər kitabının, həmçinin 12 xalq mahnısının müəllifidir. Hələ uşaq yaşlarından şeirlər yazmağa başlayan şairə artıq 50 ildir ki, yazdığı şeirləri ilə bütün türk dünyasında məhşurlaşıb.

Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunub. Şeirləri gürcü dilinə də tərcümə edilib. Hətta “Dmanisi” poeması Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dili dərsliyinə salınıb. Səadət Buta həm də “Aşıq Pəri” məclisinin yaradıcılarından biridir.

Qadın aşıqların yetişməsində böyük xidməti olan sənətkarı el arasında Borçalının şairə anası Buta kimi də adlandırırlar.

Daha ətraflı Baku Tv-nin süjetində:

Diaspora