Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev atasının səhhətindən danışıb.
BAKU.WS xəbər verir ki, “MTV” kanalına açıqlama verən Yaşar, hazırda atasının vəziyyətinin yaxşı olduğunu bildirib:
"Atam hazırda Türkiyədə həkim nəzarətindədir. Yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi. Çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah".
Xatırladaq ki, Arif Babayev ötən il insult keçirib.