Şuşada Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - VİDEO

Şuşada Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq -  VİDEO backend

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacibəylinin heykəli ucaldılacaq.

Heydər Əliyev Fondundan verilən məlumata görə, abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində qoyulacaq.

Qeyd edək ki, hazırda Bakıda emalatxanada heykəlin hazırlanması prosesi gedir.

Heydər Əliyev Fondu heykəlin hazırlanması prosesindən video paylaşıb.