Türkiyəli rejissor, ssenarist və aktyor Kartal Tibet 83 yaşında həyatını itirib.
Qaziler.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə aktyor Civan Canova “Instagram”da məlumat verib.
Aktyor “Instagram”dakı hesabında: "Güle güle Kartal ağabeyim, seni çok özleyeceğim" -deyə Tibet Kartalın öldüyünü bildirib.
Qeyd edək ki, 1938-ci ildə Ankarada dünyaya gələn Kartal Tibet imza atdığı 200-ə yaxın filmi ilə Türkiyə kinosuna böyük töhfələr verib. K. Tibet Ankara Universiteti Dövlət Konservatoriyasının teatr fakültəsindən məzun olub. O, 200-ə yaxın filmlə Türkiyə kinosuna töhfə verib. K. Tibet, son olaraq 2006-cı ildə “Dünyanı xilas edən adamın oğlu” və “Amerikalılar Qara dənizdə 2” adlı filmlərin rejissoru olub.