Xalq artisti Arif Babayev Türkiyəyə aparılıb

Xalq artisti Arif Babayev Türkiyəyə aparılıb backend

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb.

Bu barədə APA-ya Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib: "Bilirsiniz ki, atam ötən il insult keçirmişdi. Səhhətində hazırda ciddi problem yoxdur. Sadəcə növbəti müayinə və müalicə üçün gedib".

Diaspora