Çingiz Abdullayevə daha bir vəzifə həvalə olundu

Çingiz Abdullayevə daha bir vəzifə həvalə olundu backend

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

Bu barədə APA-ya AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

Qeyd edək ki, xəbəri ilk olaraq Kulis.az saytı yayıb.

Diaspora