Məşhur fransız aktyoru Jerar Depardyenin Ukraynaya girişi qadağan edildi. "Report"un Lenta.Ru saytına istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin qərarına əsasən, Depardyeyə şamil olunan giriş qadağası beş il müddətinə tətbiq olunacaq.
Fransa və Rusiya vətəndaşlığı olan aktyor daha əvvəl bildirmişdi ki, "Rusiya və onun tərkib hissəsi olan Ukraynanı çox sevir".