Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına CAVAB

Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına  CAVAB backend

Bizə elə gəlir ki, bu, köhnə dövrə aid olan məsələdi. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. 

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov Maliyyə naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına cavab olaraq deyib.

O bildirib ki, qısa zamanda kifayət qədər işlər görülüb:

“Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir. Uzunmüddətli prosesdir. 

Hazırda Azərbaycan Film Kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir bərpa işləri də gözlənilir. Kinokonsepsiya yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”.

Diaspora