Arif Babayev Bakıda öz evində müalicəsini davam etdirir. Axşam telefonla əlaqə saxladım. Səhhəti qaydasındadır.
Bu sözləri Kult.az-a xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, xalq artisti Arif Bababyevin səhhətindəki son vəziyyətlə bağlı danışarkən deyib.
Sənətçi bildirib ki, həkimlər Arif Babayevin reabilitasiya üçün Türkiyəyə getməsini məsləhət görürlər:
“Hələlik Bakıdadır, Türkiyəyə gedəcəyi gün dəqiqləşməyib”.