Mərhum müğənni Maykl Ceksonun atası Co Cekson dünən Braziliyanın San Paulu şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumata görə, 87 yaşlı musiqi prodüseri şəkərli diabetdən əziyyət çəkdiyi üçün insult keçirib. O, yeni rəfiqəsi ilə vaxt keçirərkən ağrıları tutub və halı pisləşib. Həkimlər Conun beyninə qan sızmasını də istisna etməyiblər.
Hazırda həkimlər və Cekson ailəsinin üzvləri ölüm ayağında olan Conu ABŞ-a köçürmək üçün ortaq nəticəyə gəlməyə çalışırlar.Xatırladaq ki, Co Cekson "Jackson 5" qrupunun, Canet Cekson və Maykl Ceksonun karyeralarını qurmaqda onlara kömək edib. Maykl müsahibələrində hər zaman deyirdi ki, atası uşaqların tərbiyəsi ilə ciddi məşğul olmaq üçün onlara qəddar münasibət bəsləyib davamlı döyürmüş.
Pop kralının 2009-cu ildə ölümündən sonra onunbütün mirası anasına, uşaqlarına və xeyriyyə fonduna getdi. Atası Co isə heç bir şey almamışdı.