Ancelina Coli Komboca soyqırımı haqqında film çəkəcək

Ancelina Coli Komboca soyqırımı haqqında film çəkəcək backend

Dünya şöhrətli aktrisa Ancelina Coli kambocalı yazıçı Lunq Unqun xatirələrinin qeydə alındığı roman əsasında Kamboca genosidi haqda film çəkəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2001-ci ildən yazıçı L. Unq ilə dost olan A. Coli bu barədə çoxdan düşündüyünü bildirib. Ailəsinin faciəsindən film çəkməyi aktrisaya etibar edən L. Unq ssenarini Coli ilə birlikdə yazacaq. Colinin Kambocada doğulan oğulluğu Meddoks filmdə rol alacaq. Filmin premyerası 2016-cı ilin sonuna nəzərdə tutulub.

Qeyd edək ki, 1975-ci ildə Kambocada hakimiyyətə gələn "qırmızı kxmerlər" rejimi dörd il ərzində 3,3 milyon adamı qətlə yetiriblər. Hadisələrin canlı iştirakçısı olan Unqun valideyinləri öldürülüb, 6 qardaş və bacısı əmək düşərgələrinə göndərilib. Onun özünü isə yetimlər üçün düşərgədə əsgər kimi tərbiyə ediblər.
Diaspora