Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır

Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır backend

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

Bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infakt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Diaspora