"Bugünlərdə qardaş Türkiyənin tanınmış rejissor və ssenaristi Osman Sınavla Mədəniyyət Komitəsində görüşdük, Qarabağ zəfəri ilə bağlı film çəkilməsini və s. məsələləri müzakirə etdik. Görüşdə Mədəniyyət Nazirliyinin kino şöbəsinin rəhbərliyi də iştirak edirdi və biz birlikdə müzakirə apardıq. Bəlli oldu ki, layiqli film çəkmək üçün yetərli miqdarda maddi vəsait olmalıdır. O müzakirələrdə bir serial üçün ifadə olunan rəqəm bizim bir ildə kinoya ayırdığımız vəsait qədərdir".
Qazilər.az xəbər verir ki, bunu parlamentdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Millət vəkili bildirib ki, büdcədə film üçün ayrılan vəsait yetərli deyil:
“Xahiş edirik, kinoya ayrılan xərclərə bir daha baxılsın və müvafiq əlavələr edilsin”.