Türkiyənin məşhur aktyoru qəzaya düşdü

Türkiyənin məşhur aktyoru qəzaya düşdü backend

Türkiyənin məşhur aktyoru İlkər Aksum avtomobil qəzasına düşüb.

Musavat.com xəbər verir ki, aktyorun avtomobili digər nəqliyyat vasitələrinə dəyib və ağaca çırpılaraq aşıb.

İ.Aksum ətrafdakı insanların köməyi ilə avtomobildən çıxarılıb.
Xəstəxanaya aparılan aktyor müayinə olunduqdan sonra evə buraxılıb.

Qeyd edək ki, İlker Aksum “Yabanc damat” serialı ilə populyarlaşıb. O sonuncu dəfə “Ramo” serialında rol alıb.