Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyətini əks etdirən kitab çap olunub. QAZİLER.AZ-ın AMEA-nın saytına istinadən məlumatına görə, prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA-nın Əlyazmalar İnstitutunda Həsən bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti (1897-1907)” (Deyatelnost Qasan Beka Melikova (Zardabi) v Bakinskoy Qorodskoy Dume (1897-1907) kitabı rus dilində çapdan çıxıb. Kitabı tərtib edən və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi Esmira Cavadova, elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.
Nəşrdə tanınmış ictimai xadim və vətənpərvər ziyalı Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyəti “Kaspi” qəzetinin materialları əsasında ilk dəfə işıqlandırılıb və Dumanın iclasları haqqında şərhlər verilib.