Qənirə Paşayeva Azər Qəribi 60 illik yubileyi münasibəti ilə təbrik edib

Qənirə Paşayeva Azər Qəribi 60 illik yubileyi münasibəti ilə təbrik edib backend

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva tanınmış jurnalist və səyyah Azər Qəribi 60 illik yubileyi münasibəti ilə təbrik edib.
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış jurnalist, blogger, səyyah Azər Qəriblə Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb, ürək sözlərini bölüşüb:
 
"Hörmətli Azər müəllim,
 
Sizi – tanınmış jurnalist, blogger və səyyahı 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
 
Siz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tərcüməçilik fakültəsinin ünlü məzunlarındansız.
 
Siz respublikamızın bir çox telekanalında işləmiş, maraqlı proqramlarla çıxış etmisiz. Hazırladığınız "Qərib Azər" verilişi 2003-cü ildə efirə çıxmış və 10 il fasiləsiz yayımlanmışdır. Sonra, "Oralar" adlandırdığınız proqramla bir müddət Lider TV-də tamaşçıların qarşısına çıxmısız.

Siz həmçinin fəaliyyət və səyahətlərinizə, təcrübənizə uyğun şəkildə bir sıra internet resurslarının qurucususuz.
 
Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!
 
Yubileyiniz mübarək"!
 
Q.Paşayeva yubilyara Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
 
Azər Qərib səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Diaspora