"Heyif ki, mən o yerləri görə bilməyəcəyəm, amma..." - Dədə Süleyman

"Heyif ki, mən o yerləri görə bilməyəcəyəm, amma..." - Dədə Süleyman backend

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin dogma yurd-yuvalarına qayıtması məsələsi gündəmdədir. Lakin ərazilərin minalardan tam təmizlənməmiş olması köç prosesini ləngidir.

 

Bu isə bəzi vətəndaşlarda narazılıq yaradır, onlar bəzən gizli yollarla Qarabağa üz tuturlar.

 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Süleyman Abdullayev hər kəsin dogma yurduna qayıtmaq istəməsinin normal olduğunu desə də, əhalini səbrli olmağa səsləyib:

 

“Hökümətimiz hər şeyi gözəl bilir. O yerlərdə neçə vaxtdır müharibə gedir. İllərdir düşmən tapdağı altındadır və o alçaqların torpağa basdırdıqları minalar təmizlənməlidir. O minalardan torpaqları təmizləmək üçün illər lazımdır. O vaxt onlar bizə 8 saat vaxt verdilər ki, əhali çıxsın, amma bizdən 10-15 gün icazə aldılar ki, Qarabağı tərk etsinlər. Buna baxmayaraq, minaları xəritə kimi basdırmağa başladılar. O vaxt Qarabağdan gələnlərin hamısı bir nəfər kimi öz yerlərinə qayıtmaq istəyirlər. Hamısının burnunun ucu göynəyir. Məni neçə dəfə aparmaq istəyiblər, amma vəzifəli şəxslər deyib ki, gözlə minalardan təmizləyək, sonra gedin. O murdarlar hər yeri, qəbirstanlıqları belə minalayıblar, dövlətimiz istəmir ki, müharibə zamanı bu qədər itkidən sonra, mülki əhalidən də itki olsun. Bunları düşünmək lazımdır. Dövlətimizin, əsgərlərimizin, xalqın əməyini inad edib gedərək yerə vurmaq olmaz. Hamı istəyir başa düşürəm, amma səbr etmək lazımdır”.

 

83 yaşlı xanəndə ermənilərin xarabaya çevirdikləri torpaqların cənnətə çevriləcəyini qeyd edib:

 

“Getməyə icazə veriləndən sonra qarabağlılar yeri gəlsə, çadır qurub orada oturacaqlar. İndi orada görməli yer demək olar ki, qalmayıb, mənə fotolar göstərirlər, inanın, ürəyim ağrıyır, o cür yeri xaraba qoyublar. Dünyada belə alçaq millət yoxdur, sanki qəddarlıq üçün yaradılıblar. Amma dövlətimiz o yerləri cənnətə çevirəcək. Heyif ki, mən o yerləri görə bilməyəcəyəm, amma əminəm ki, çox gözəl olacaq”.  

Diaspora